Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Qars Ticarət və Sənaye Palatasının biznes nümayəndə heyəti üçün Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib 05.12.25
Qars Ticarət və Sənaye Palatasının biznes nümayəndə heyəti üçün Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib

Naxçıvan şəhərində keçirilmiş 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Qars Ticarət və Sənaye Palatasının biznes nümayəndə heyəti “Bakı KOB evi”ndə olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə türk iş adamları üçün Azərbaycanda investisiya mühiti, sahibkarlara göstərilən dəstək və xidmətlər, KOBİA-nın fəaliyyəti barədə təqdimatlar keçirilib. KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təqdimatlarında ölkəmizdə yerli və xarici investorlar üçün investisiya və biznes imkanları, investisiya qoyuluşu üçün prioritet sektorlar, təşviq alətləri və güzəştlər, sahibkarlığa dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Türk iş adamları “Bakı KOB evi”nin fəaliyyəti ilə də tanış olublar. 

Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin rəsmi şəxslərindən və iş adamlarından ibarət nümayəndə heyəti işğaldan azad olunmuş Şuşa və Xankəndi şəhərlərində də olub, bölgənin biznes və investisiya imkanları ilə tanış olublar. 

Powered by Froala Editor