Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə! 28.09.24
Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə!

KOB-ların məhsul və ximətlərinin tanıdılmasına dəstək məqsədilə "Rebuild Karabakh” Sərgisində KOBİA tərəfindən xüsusi stend qurulacaq. 

15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2024") keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi stendlə təmsil olunacaq.

Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB-lar 8 oktyabr 2024-cü il tarixinədək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər: https://bit.ly/3Rbs44I (Qeyd: “İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild Karabakh 2024” qeyd olunmalıdır).

 




Powered by Froala Editor