Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Qarabağda biznes qurmaq üçün 3500-dən çox yerli sahibkar KOBİA-ya müraciət edib 13.11.25
Qarabağda biznes qurmaq üçün 3500-dən çox yerli sahibkar KOBİA-ya müraciət edib

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq, bölgədə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən informasiya və məsləhət xidmətinin göstərilməsi, biznes planların hazırlanmasına dəstək davam etdiriləcək. Ehtiyacı olan şəxslər agentliyin ödənişsiz biznes təlimlərinə cəlb olunacaqlar.

Bu barədə KOBİA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hazırda bölgədə yaşayan və qayıdacaq vətəndaşların, xüsusilə də gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün sahəvi və maarifləndirmə görüşləri davam etdiriləcək, ehtiyacları və təklifləri aidiyyəti qurumlara çatdırılacaq.

2023-cü ildən KOBİA və tərəfdaşların birgə icra etdiyi “Qarabağ KOB-ları” layihəsinin davam etdirilməsi də nəzərdə tutulur. Məlumat üçün qeyd edək ki, indiyədək Bakı, Abşeron, Sumqayıt, Şamaxı, İsmayıllı, Mingəçevir, Zaqatala, Gəncə, Bərdə, Goranboy ilə yanaşı, Şuşa, Xocalı, Füzuli, Laçın, Zəngilan rayonlarından ümumilikdə 220 nəfər bu layihəyə cəlb olunub. Artıq onların bir qismi biznes təlimlərini uğurla başa vuraraq, seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfində lazımi avadanlıqlarla təmin ediliblər. Layihənin məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Ümumilikdə KOBİA işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq, sahibkarlıq fəaliyyətini genişləndirmək və bölgəyə investisiya yatırmaq istəyən yerli və xarici biznes subyektlərinə aşağıdakı istiqamətlərdə dəstək göstərir:

- bölgənin iqtisadi və investisiya potensialına dair məlumat dəstəyi

- peşəkar məsləhət xidməti

- müvafiq dövlət qurumları ilə əlaqələndirmə

- yerli tərəfdaşların tapılmasına dəstək.

Bu dəstək agentliyin Zəngilan rayonunun Ağalı kəndində, Laçın və Kəlbəcər rayonlarında fəaliyyət göstərən KOB dostu ofisləri, Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzində yerləşən KOB evi vasitəsilə təmin olunur.

2025-ci ilin oktyabr ayına qədər KOBİA-ya işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlar tərəfindən 4 mindən çox müraciət daxil olub ki, onlardan 3500-dən çoxu yerli sahibkarların və bölgədə biznes qurmaq istəyən şəxslərin müraciətləridir.

https://azertag.az/xeber/qarabagda_biznes_qurmaq_uchun_3500_den_chox_yerli_sahibkar_kobia_ya_muraciet_edib-3852187

Powered by Froala Editor