Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
“Qarabağ KOB-ları” proqramı çərçivəsində Bərdədə təlimlər başlayır 22.08.24
“Qarabağ KOB-ları” proqramı çərçivəsində Bərdədə təlimlər başlayır

Proqrama qoşulan vətəndaşlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və ilkin biznes biliklərinə yiyələnmək istəyənlər də təlimlərdə iştirak edə bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC-nin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağ KOB-ları 2024” proqramı çərçivəsində Bərdə şəhərində təlimlərə başlanılır. 

Avqustun 23-dən etibarən keçiriləcək təlimlər “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması”, “Marketinq”, “Sosial Media Marketinq”, “İnsan resurslarının idarə olunması” və “Satış” mövzularını əhatə edəcək. 

Proqram üzrə seçimlərdə iştirak etmiş vətəndaşlarla yanaşı, digər şəxslər - sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və ilkin biznes biliklərinə yiyələnmək istəyənlər də təlimlərdə iştirak edə bilərlər. Bərdə şəhəri, Qarabağ Regional Məşğulluq filialında keçiriləcək təlimlərə qatılmaq istəyən digər şəxslər (+994) 50 789 38 14 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təlimlərdə iştirak ödənişsizdir. 

Qeyd edək ki, “Qarabağ KOB-ları” proqramının məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Proqramın birinci hissəsi 2023-cü ildə icra edilib. 2024-cü il üzrə proqram isə Qarabağ regionu da daxil olmaqla ümumilikdə altı şəhər və rayon üzrə 70 şəxsi əhatə edəcək. Onlar proqram çərçivəsində biznes və seçilmiş istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin ediləcək. Artıq namizədlərin seçim prosesi başa çatıb və təlimlərə başlanılıb.

Powered by Froala Editor