Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
“Qarabağ KOB-ları” layihəsi – şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək 08.12.25
“Qarabağ KOB-ları” layihəsi – şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək

“Qarabağ KOB-ları” layihəsinin iştirakçılarının sayı 2025-ci ildə 100 olmaqla, ümumilikdə 200-ü ötüb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holding”in maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildə icrasına dair tədbir keçirilib. 

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər. 

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.  

Sonra “Qarabağ KOB-ları” layihəsinin 2025-ci il üzrə icrasına dair video çarx nümayiş olunub.  

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi sahəsində aparılan işləri diqqətə çatdırıb. O, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə Nazirlik tərəfindən şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 406 min xidmət göstərildiyini, o cümlədən onlardan 28,6 min nəfərin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu bildirib. Nazir işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlı işəgötürənlərlə əməkdaşlıq şəraitində icra olunan aktiv məşğulluq proqramlarını qeyd edib. Ötən dövrdə 111 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirən Anar Əliyev “Qarabağ KOB-ları” layihəsinin şəhid ailələrinin, müharibə iştirakçılarının, onların ailə üzvlərinin məşğulluq imkanlarının yaradılmasına xidmət edən mühüm təşəbbüs olduğunu qeyd edib. O, sosial tərəfdaşlıq prinsipi əsasında reallaşdırılan layihənin əhalinin məşğulluğuna bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini bildirib, sosial sahədə dəstəyə görə KOBİA-ya, “Paşa Holdinq”ə və layihədə əməyi olan şəxslərə təşəkkür edib.  

Milli Məclisin sədr müavini Musa Qasımlı “Qarabağ KOB-ları layihəsi”nin işğaldan azad olunmuş bölgələrdə kiçik və orta biznesin inkişafına və qazilərin, şəhid ailələrinin sosial rifahına töhfə verdiyini qeyd edib. O, həmçinin layihənin davamlı şəkildə dəstəklənməsinin və uğurlu nəticələrinin gələcəkdə digər regionlara da tətbiq edilməsinin vacibliyini qeyd edib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları layihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə icra olunduğunu qeyd edib. Bildirilib ki, layihə yeni biznes subyektlərinin yaradılması baxımından da əhəmiyyətlidir. 2025-ci ildə layihə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşa şəhərlərini də əhatə edib. Ümumilikdə cari ildə 100 nəfər biznes və peşə təlimlərinə cəlb olunub. Təlimləri uğurla başa vuran iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində seçdikləri istiqamətlər üzrə avadanlıqlarla təmin olunub və proses hazırda da davam etdirilir. Ümumilikdə 2023-cü ildən həyata keçirilən layihəyə indiyədək 220 nəfər cəlb olunub. “Qarabağ KOB-ları” layihəsi 2026-cı ildə də şəhid ailələri və qazilərimizə dəstək verməyə davam edəcəkdir.

"Qarabağ KOB-ları layihəsi"nə cəlb edilmiş şəhid xanımı, “Oxloff” çörək və şirniyyat evinin təsisçisi Sonaxanım Abbasova və "PAŞA Holding" MMC-nin direktor müavini Rövşən Allahverdiyev layihə barədə təəssüratlarını bölüşüblər.

Tədbir çəçivəsində şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə auksionu da keçirilib. 

Powered by Froala Editor