Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub 15.07.26
“Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “İnkişaf Korporasiyası” QSC-nin təşkilatçılığı, “Paşa Holdinq”in maliyyə dəstəyi ilə artıq 4 ildir ki həyata keçirilən “Qarabağ KOB-ları” layihəsi cari ildə də davam etdirilir.


Layihənin məqsədi şəhid ailələrinin üzvləri, müharibə veteranları və ya onların ailə üzvlərinin sahibkarlıq bacarıqlarının inkişafına, maddi və sosial rifahının yaxşılaşdırılmasına, yaşadıqları ərazilərdə yeni bizneslərin və iş yerlərinin yaradılmasına dəstək göstərməkdir.


Layihə üzrə Bakı və Gəncə şəhərləri, Abşeron, Şəmkir və Füzuli rayonlarından seçilmiş daha 55 nəfər iştirakçı təlim prosesinə cəlb edilib.


İştirakçılar üçün insan resurslarının və maliyyənin idarə olunması, satış, biznes planının hazırlanması, marketinq, sosial media marketinqi və biznesə başlama mövzularında funksional təlimlər təşkil olunub. Daha sonra seçilmiş şəxslər peşə təlimlərinə cəlb olunacaqlar.


Növbəti mərhələdə iştirakçılar Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunacaq. Onların təqdim etdikləri biznes planlarına uyğun olaraq müvafiq avadanlıqlarla təmin edilmələri, kiçik və orta biznes subyektlərinin yaradılması nəzərdə tutulur.

 



Powered by Froala Editor