Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Qadın sahibkarların biznes və məşğulluqda artan rolu müzakirə edilib 30.06.21
Qadın sahibkarların biznes və məşğulluqda artan rolu müzakirə edilib

Qlobal səviyyədə və ölkəmizdə qadın sahibkarlığın iqtisadiyyatda rolu artmaqdadır. Qadınlar kiçik biznes yaratmağa və özünüməşğulluğa daha çox maraq göstərirlər. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Özəl sektorun inkişafı layihəsi” çərçivəsində təşkil etdiyi “Qadınların milli biznes gündəliyi və koalisiyaların yaradılması” mövzusunda tədbirdə qadınların iqtisadiyyatda, sahibkarlıq və məşğulluqda artan roluna dair fikir mübadiləsi aparılıb. 


Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyətində qadın sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Bildirilib ki, KOBİA tərəfindən qadın sahibkarlığın inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Agentlik qadın sahibkarlığının dəstəklənməsi istiqamətində ən yaxşı beynəlxalq təcrübənin araşdırılmasına, eləcə də xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verir. “Yaxın zamanlarda KOBİA ilə USAID arasında mikro, kiçik və orta biznesin gücləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanacaq. Bu əməkdaşlıq KOB-lara müvafiq təlimlərin keçirilməsi ilə onların təşkilati potensialının və biznesin idarə edilməsi bacarıqlarının artırılması, KOB-ların maliyyə resurslarına çıxışının asanlaşdırılması, tədris və şəbəkələşmə tədbirlərinin təşkili ilə biznes assosiasiyaların potensialının qurulması məsələlərini əhatə edir. Əməkdaşlıq çərçivəsində qadın sahibkarlığının inkişafına da xüsusi diqqət yetiriləcəkdir. Qadın sahibkarlığın inkişafı dövlət və özəl sektorun, ictimai təşkilatların və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində daha effektiv nəticələr verə bilər”. 

Powered by Froala Editor