Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Qadın sahibkarlar üçün yeni tәhsil proqramı 23.04.21
Qadın sahibkarlar üçün yeni tәhsil proqramı

“Visa” şirkəti “She's next qlobal təşəbbüsü” çərçivəsində Azәrbaycanda qadın sahibkarlar üçün ödәnişsiz onlayn tәhsil proqramına start verir.

 

“WoWoman” və “Nargis” jurnalının tərəfdaşlığı ilə həyata keçiriləcək proqram çərçivəsində tanınmış sahibkarlar və biznes təlimçiləri tərəfindən təşkil olunacaq 8 vebinarda nəzəri və praktiki biliklәr öyrədiləcək.  

 

Proqramda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək və “Facebook” qrupuna daxil olmaq lazımdır.

Qeydiyyat üçün: https://bit.ly/shesnextregister

Facebook qrupuna keçid üçün: http://bit.ly/shesnextazgroup

 

Proqramın formatı:

- 24 aprel – 12 iyun tarixləri arasında 8 vebinar;

- hər bir vebinarın müddəti: 2 saata qədər; 

- vebinarlar “ZOOM” platforması vasitəsilə keçirilir;

- vebinarlara qoşulmaq üçün keçidlər qeydiyyat zamanı göstəriləcək elektron poçt ünvanına göndəriləcəkdir.

 

Proqramın iştirakçılara qazandıracaqları: 

  • nəzəri biliklər və ekspertlərin real təcrübəsini əks etdirən praktiki misallardan ibarət 8 pulsuz təlim;
  • hər bir vebinar daxilində “sual-cavab” sessiyası zamanı ekspertlərə öz biznes ideyanız haqqında suallar vermək imkanı;
  • vebinarların video yazılarına təkrar baxmaq imkanı;
  • təşəbbüskar sahibkar xanımlarla tanışlıq;
  • proqramın uğurla başa çatdırılması barədə sertifikatın əldə olunması.

 

Əlavə məlumat üçün: https://www.visa.com.az/az_AZ/run-your-business/shes-next.html 

Powered by Froala Editor