Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramı 13.12.19
Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramı

Dekabrın 13-də qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramına başlanmasına dair tədbir keçirilib.

Qadın sahibkarlar üçün nəzərdə tutulmuş "Scale Up" akselerator proqramı "Azərbaycan işgüzar qadınları" təşkilatının təşəbbüsü, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, “PAŞA Bank” və "PwC Azerbaijan" şirkətlərinin birgə dəstəyi ilə reallaşdırılır.

Proqramın əsas məqsədi qadınların iqtisadiyyatdakı rolunu və təsirini gücləndirmək, onların bizneslərinin inkişafının sürətləndirilməsi və böyüməsi üçün lazımi dəstəyi göstərmək və uyğun şərait yaratmaqdır. Səkkiz həftə davam edəcək "Scale Up" akselerator proqramı çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kommunikasiya, investisiya qaydaları və özünüinkişaf kimi mövzularda bilik və bacarıqlar əldə edəcəklər.

Proqrama müraciət üçün onlayn qeydiyyat www.abw.az saytı üzərindən 28 dekabr 2019-cu il tarixinədək davam edəcək. Seçilmiş namizədlər 8 həftə davam edəcək proqramda iştirak etmək hüququnu qazanacaqlar.

Powered by Froala Editor