Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib 28.05.20
Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təməli ötən ilin iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə məlumat verdilər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə reallaşdırılan iki biznes layihəsi barədə də məlumat verildi.

Qeyd olundu ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr məcburi köçkünlərin məşğulluğunun biznes-layihələr vasitəsilə təmin olunması məqsədi daşıyır. İlk dəfədir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal müəssisələri qurulub. Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisədə gün ərzində 1000-ə yaxın yumşaq və 500-ə yaxın plastik oyuncaq istehsal ediləcək. Yumşaq oyuncaq təxminən 15-20, plastikdə oyuncaqlar isə 10 çeşiddə olacaq.

Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi “Qobu Park 3”ün sakinlərindən formalaşdırılacaq. Şirkətlər icarə xərclərindən azad olunub ki, bu da müvafiq layihələrin kompleksdə reallaşdırılmasını sahibkarlar üçün cəlbedici edir. Layihələr yalnız sosial əhəmiyyəti ilə seçilmir. Onlar, eyni zamanda, biznesyönümlüdür. Belə ki, hər iki müəssisədə istehsal olunacaq məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edəcək.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Ətraflı- https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_mecburi_kochkunler_uchun_salinmis_Qobu_Park_3_yasayis_kompleksinin_achilisinda_istirak_edib___YENILANIB_2_VIDEO-1498395

Powered by Froala Editor