Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Potensial qadın sahibkarlar üçün maarifləndirici təlim keçirilib 23.09.19
Potensial qadın sahibkarlar üçün maarifləndirici təlim keçirilib

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması məqsədi ilə regionlarda sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər və qadınlar üçün biznesin təşkili və idarə edilməsi, biznesin inkişafına dövlət dəstəyi mexanizmləri və s. mövzularda maarifləndirici tədbirlər keçirilir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə Qazax, Ağstafa, Samux və Naftalan rayonlarından olan qadınlar üçün sahibkarlıq fəaliyyəti ilə bağlı maarifləndirici tədbirlər və istehsal müəssisələrinə təcrübə səfərləri təşkil olunub.

Bu tədbirlərin davamı olaraq Qazax və Ağstafa rayonlarından olan potensial gənc sahibkar qadınlar üçün maliyyə savadlılığının artırılması, biznes planın hazırlanması, büdcənin düzgün idarə olunması, ehtiyat fondlarının yaradılması, gözlənilməz xərclərə hazırlıq və digər mövzularda 5 günlük maarifləndirici təlim təşkil edilib. Almaniya Əmanətlər Bankının təlimçilərinin iştirakı ilə Qazax rayonunda keçirilmiş təlimdə 40 potensial qadın sahibkar iştirak edib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Powered by Froala Editor