Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib Azərbaycan və Qətər şirkətləri arasında saziş imzalanıb "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar necə qəbul olunur? “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Gəncədə Azərbaycan və Vyetnam sahibkarları arasında görüş keçirilib Gəncə və Göygöl şəhərlərində dövlət dəstəyi ilə 15 qonaq evi yaradılıb Mingəçevir, Astara və Samuxda sahibkarlarla görüşlər keçirilib Reklam sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub Şəkidə keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında 70-dən çox KOB subyektinin məhsul və xidmətləri sərgilənir Sahibkarların iştirakı ilə ətraf mühiti idarəetmə sistemlərinə dair tədbir keçirilib
Peşəkar əlaqələrini inkişaf etdirmək istəyən sahibkarlar üçün onlayn platforma 17.11.23
Peşəkar əlaqələrini inkişaf etdirmək istəyən sahibkarlar üçün onlayn platforma

Bəzən iqtisadi layihələrin icrası üçün böyük maliyyə vəsaitinə ehtiyac duyulmur. Proqram və texnologiyaya əsaslanan, iqtisadiyyatda innovativliyə əsaslanan belə layihələri startap layihələri adlandırırlar. İlk dəfə ABŞ-da tətbiq olunan startap layihələrinin əhatə dairəsi bu gün olduqca genişlənib. Azərbaycanda da bu layihələrə maraq getdikcə artır.

Ölkəmizdə startapçılara dövlət dəstəyini bir sıra dövlət qurumları, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) verir. “Startap” şəhadətnaməsi almış KOB subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.

Yalnız 2023-cü ilin yanvar-sentyabr aylarında “Startap” şəhadətnaməsinin verilməsi üçün KOBİA-ya mikro və kiçik sahibkarlardan 77 müraciət daxil olub. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na uyğun olaraq, Ekspertlər Şurasının rəyi əsasında 23-ü mikro, 1-i kiçik sahibkar olmaqla, 24 KOB subyektinə belə şəhadətnamələr verilib. İndiyədək “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı isə 110-dur və onların həyata keçirdikləri layihələr fintek, təhsil, səhiyyə, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətləri əhatə edir.

Bu yaxınlarda “Startap” şəhadətnaməsi almış sahibkarlardan biri də fiziki şəxs Ramin Əkbərovdur. Yaratdığı rəqəmsal biznes şəbəkəsi platforması (www.bucard.az) barədə məlumat verən R.Əkbərov bildirib ki, bu layihəyə başlamaq üçün tələb olunan əsas resurs insan kapıtalı olub. Təxminən 1,5 il ərzində hazırlanan layihə peşəkar əlaqələrini inkişaf etdirmək istəyən sahibkarlar üçün nəzərdə tutulur. Avanqard rəqəmsal biznes kart platforması olan “Bucard” biznes şəbəkəsi və peşəkar münasibətlərin idarə edilməsi sahəsində transformasiyaedici və innovativ qüvvə kimi ərsəyə gətirilib. Platforma istifadəçiləri rəqəmsal biznes kartları tərtib etmək, profilləri əlavə məlumatlarla artırmaq, məhsul və xidmətləri nümayiş etdirmək, vahid və sadələşdirilmiş platforma daxilində potensial biznes sözlərinə görə perspektivlərini araşdırmaq üçün münasib alətlərlə təchiz edir.

Startapçı sahibkarın sözlərinə görə, bu platforma biznes mühitində şirkətlər arasında qarşılıqlı əlaqələri sadələşdirir, iş adamlarına biznes əlaqələrinin sadələşdirilməsi üçün ən müasir həll olan rəqəmsal biznes kartları təqdim edir: ”Bucard” fərdiləşdirməni təmin etməklə yanaşı, məlumatların paylaşılmasını da asanlaşdırır. Bu sistem QR kod, NFC və unikal axtarış sistemi vasitəsilə istifadəçilər arasında çox sadə məlumatların paylaşılması imkanı yaradır, müxtəlif kateqoriyalar üzrə məlumatları daxil etməklə hərtərəfli profil təqdim etmək səlahiyyəti verir. Platforma açar sözlər və ya müəyyən meyarlar əsasında müvafiq əlaqələrin qurulmasını sürətləndirir, əlçatan məkan daxilində bütün biznes əlaqələrini birləşdirir”. Startapçı əlavə edib ki, çoxşaxəli platformada istifadəçilər məhsul və xidmət kataloqlarını təqdim etməklə yanaşı, videotəqdimatlar edə, iş və xidmətlərini nümayiş etdirə, biznes yerlərini xəritədə qeyd etməyə imkan verən portfel funksiyasını inteqrasiya edə bilərlər. Virtual olaraq, kataloqlaşdırılan bu kartlar adi biznes kartlarını qat-qat üstələyir.

“Bucard”ın üstün cəhəti onun həm də reklam etmək imkanı verən funksionallığıdır. "Şəxsi" və "Biznes" paketlərinə abunə olan istifadəçilər məhsul və xidmətlərini “Bucard” istifadəçilərinə nümayiş etdirməklə bazar imkanlarını genişləndirə və bununla da bazarda nüfuzlarını artıra bilərlər. Bu, istifadəçilərə potensial müştərilərlə əlaqə yaratmağa və platforma vasitəsilə satışlarını artırmağa imkan verir.

Hazırda 100-dən çox aktiv istifadəçi bazasına malik olan platforma ilə bağlı aparılan işlər bitmək mərhələsindədir, yaxın zamanlarda tam funksionallığı ilə istifadəyə veriləcək.

https://vergiler.az/news/economy/26806.html

Powered by Froala Editor