Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Pakistanın Azərbaycandakı səfiri KOBİA-da olub 01.04.21
Pakistanın Azərbaycandakı səfiri KOBİA-da olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında mövcud əməkdaşlıq çərçivəsində KOB sahəsində tərəfdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, KOB sahəsində Pakistanın müvafiq qurumları, o cümlədən Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi (SMEDA) ilə əlaqələrin qurulması, Pakistan KOB-larının Azərbaycanda biznes fəaliyyətinə təşviq olunması, hər iki ölkənin KOB subyektlərinin iştirakı ilə birgə layihələrin reallaşdırılması diqqət mərkəzindədir. Həmçinin görüşdə ölkəmizdə KOB-lara göstərilən dəstək mexanizmləri, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, Agentliyin Pakistandan olan sahibkarlara yerli KOB-larla əməkdaşlığın qurulması, ölkəmizə investisiya qoyuluşu istiqamətlərində məsləhət, əlaqələndirmə sahələrində dəstək göstərə biləcəyi diqqətə çatdırılıb.

Görüşdə KOBİA və Pakistanın müvafiq qurumu arasında əlaqələrin yaradılmasına və KOB sahəsində əməkdaşlığın inkişafına səfirlik tərəfindən dəstəyin göstəriləcəyi bildirilib. 

Powered by Froala Editor