Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Özünüməşğulluq proqramına qoşulmuş şəxslər üçün təlimlər başa çatıb 30.05.19
Özünüməşğulluq proqramına qoşulmuş şəxslər üçün təlimlər başa çatıb

Bakı şəhəri üzrə özünüməşğulluq proqramına cəlb edilmiş işsiz və işaxtaran vətəndaşlar üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) təşkil olunan təlimlər yekunlaşıb.

KOBİA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə keçirdiyi təlimlər Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, Qəbələ, Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində də təşkil edilib. İştirakçılara özünüməşğulluq proqramı, biznesə başlama və biznesin təşkili, biznes planların hazırlanması barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Bakıda keçirilən təlimin sonuncu günü KOBİA-nın şöbə müdiri Nicat Əlizadə təqdimatla çıxış edərək Agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlər, dəstək tədbirləri, o cümlədən “KOB Dostu” mexanizmi barədə məlumat verib.

Qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA 3 istiqamətdə özünüməşğulluğa dəstək göstərir. Bunlar özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin təşkili, təlim iştirakçılarının mikro və kiçik biznes subyektinə çevrilmələri üçün məsləhət və digər xidmətlərin göstərilməsi, proqrama qoşulmaq istəyən şəxslər üçün məşğulluq mərkəzləri ilə yanaşı, KOB dostlarına müraciət etmək imkanının yaradılmasıdır.

Powered by Froala Editor