Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Özəl təhsil sahəsində yeni assosiasiya yaradılıb 02.06.22
Özəl təhsil sahəsində yeni assosiasiya yaradılıb

Özəl təhsil sahəsində yeni assosiasiya - Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası yaradılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış assosiasiyanın məqsədi Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təmin etmək, ölkəmizdə özəl təhsil sektorunun və yüksək rəqabətli insan kapitalının inkişafına töhfə verməkdir. 

Assosiasiya özəl təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, sektorun rəqabətliliyini təmin etmək məqsədilə özəl təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, ümumi bazar payının və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin arıtılması üçün bazar araşdırması, sektoral tədqiqatlar, təlimlər həyata keçirəcək, kadr hazırlığının təmin olunmasına dəstək göstərəcəkdir. Assosiasiya bu tədbirlərin reallaşdırılması üçün dövlət və qeyri-dövlət qurumları ilə sıx əməkdaşlıq etməyi planlaşdırır.

Hazırda assosiasiyanın 20 üzvü var. Assosiasiya digər özəl təhsil müəssisələrini də birgə əməkdaşlığa dəvət edir.  

Qeyd edək ki, mayın 31-də KOBİA-nın dəstəyi və Agentlik yanında İctimai Şuranın təşkilatçılığı, eləcə də təhsil naziri Emin Əmrullayevin, müvafiq dövlət qurumlarının və özəl təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakı ilə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının təqdimatı keçirilib. 

Powered by Froala Editor