Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Organic Food Festival 2019”da mikro və kiçik sahibkarların məhsul və xidmətləri təqdim olunacaq 20.06.19
“Organic Food Festival 2019”da mikro və kiçik sahibkarların məhsul və xidmətləri təqdim olunacaq

İyunun 21-də Dənizkənarı Milli Parkda keçiriləcək “Organic Food Festival 2019”da mikro və kiçik sahibkarlar öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar festivalda onlar üçün ayrılmış xüsusi stenddə ekoloji təmiz qida məhsullarını - bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış şirniyyatlar, ədviyyat, düyü, meyvə quruları və s. məhsulları, eləcə də orqanik qablaşdırma materiallarını, sosial sahibkarlıq layihələrini təqdim edəcəklər.

Məlumat üçün qeyd edək ki, KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgi, yarmarka və festivallarda təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. 2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.

“Organic Food Festival 2019” Azərbaycanda ilk dəfə olaraq keçirilir. KOBİA, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Aqrar Ticarət Şirkəti və “Proaktiv” PR Agentliyinin təşkilatçılığı ilə keçiriləcək festival iyunun 23-dək davam edəcəkdir. Tədbirdə 50-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunacaqdır.

Powered by Froala Editor