Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Organic Food Festival 2019” başa çatdı 24.06.19
“Organic Food Festival 2019” başa çatdı

21-23 iyun tarixlərində Dənizkənarı Milli Parkda keçirilən “Organic Food Festival 2019” başa çatıb.

Azərbaycanda ilk dəfə olaraq keçirilən və "Made in Azerbaijan" brendini təşviq etmək, ölkəmizdə yerli və xarici ekoloji təmiz qida məhsulları istehsalçılarını tanıtmaq məqsədilə təşkil olunmuş festivala üç gün ərzində 10 mindən çox ziyarətçi qatılıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Aqrar Ticarət Şirkəti və “Proaktiv” PR Agentliyinin təşkilatçılığı ilə keçirilmiş festivalda 50-dən çox şirkətin, o cümlədən mikro və kiçik sahibkarların 150-yə yaxın məhsul və xidmətləri təqdim olunub.

KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar festivalda onlar üçün ayrılmış xüsusi stenddə ekoloji təmiz qida məhsullarını - bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış şirniyyatlar, ədviyyat, düyü, meyvə quruları və s. məhsulları, eləcə də orqanik qablaşdırma materiallarını, sosial sahibkarlıq layihələrini təqdim ediblər.

Növbəti “Organic Food Festival”ın 2020-ci ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini müxtəlif sərgi, yarmarka və festivallarda təqdim etməsinə, bu tədbirlər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. Bu dəstək 2019-cu ildə ölkəmizdə keçiriləcək müxtəlif sərgi, yarmarka və festivallar çərçivəsində davam etdiriləcəkdir.

Powered by Froala Editor