Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Nyu-Yorkda Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı tədbir keçirilib 28.06.23
Nyu-Yorkda Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı tədbir keçirilib

Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbirdə çıxış edən KOBİA sədri bu il Bakının Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcəyini qeyd edib.

BMT və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) birgə təşkilatçılığı ilə Nyu-York şəhərində 27 iyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunan tədbir keçirilib. 

KOB-larla əlaqəli beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi barədə məlumat verilib, KOB-ların inkişafı üçün müxtəlif dəstək mexanizmlərinə, bu sahədə yeniliklərə və nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb.  

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun videomüraciəti də yayımlanıb. Videomüraciətdə KOBİA sədri Azərbaycanda KOB-lara göstərilən dəstək, bu sahədə Agentliyin fəaliyyəti, ICSB-yə üzv olan KOBİA-nın təşkilatla əməkdaşlığı barədə məlumat verib. Agentlik sədri həmçinin Bakı şəhərinin bu ilin noyabr ayında Beynəlxalq KOB Forumuna ev sahibliyi edəcəyini bildirib. ICSB ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək forumun yerli və xarici KOB-lar, investorlar, akademik dairələr arasında əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli platforma olacağı qeyd edilib. 

Powered by Froala Editor