Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Növbəti “İnvestisiya səyahəti” tədbiri Zaqatala rayonunda keçirilib 24.10.24
Növbəti “İnvestisiya səyahəti” tədbiri Zaqatala rayonunda keçirilib

Tədbir çərçivəsində iştirakçılar qiymətli kağızlar bazarı barədə məlumatlandırılıb. 

 

Bakı Fond Birjasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Zaqatala rayonunda “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub. 

Qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində tədbir çərçivəsində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları, eləcə də investisiya şirkətlərinin kapital bazarında investor olmağın üstünlükləri və qiymətli kağız buraxılışında anderraytinq xidməti mövzularında təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb. 

Qeyd edək ki, bu, sayca on üçüncü belə tədbirdir. Bundan əvvəl “İnvestisiya səyahəti” tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba və Şəki şəhərlərində təşkil olunub. Mütəmadi olaraq keçirilən “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

 

Powered by Froala Editor