Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Növbəti “İnvestisiya səyahəti” tədbiri Şamaxıda keçirilib 14.11.25
Növbəti “İnvestisiya səyahəti” tədbiri Şamaxıda keçirilib

Regionlarda fəaliyyət göstərən sahibkarlar kapital bazarının imkanları barədə məlumatlandırılır.  

Şamaxıda Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Bakı Fond Birjasının və investisiya şirkətlərinin iştirakı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub. 

Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri üçün kapital bazarının imkanları, bölgədə bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin kapital bazarına yönəldilməsi, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı, “CFI Financial”ın alternativ maliyyə cəlbi imkanları, qiymətli kağız buraxılışında anderraytinq xidməti barədə təqdimatlar keçirilib, sualları cavablandırılıb. 

Qeyd edək ki, bu, sayca on altıncı belə tədbirdir. Regionlarda mütəmadi olaraq keçirilən “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi bölgədə çalışan biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaq və ondan istifadəyə təşviq etməkdir. 

Powered by Froala Editor