Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Networking Booster” tədbiri Almaniya-Azərbaycan birgə Proqramının 60-dan çox məzununu bir araya gətirib 10.12.21
“Networking Booster” tədbiri Almaniya-Azərbaycan birgə Proqramının 60-dan çox məzununu bir araya gətirib

Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın məzunları üçün “Almaniya ilə tərəfdaşlığa hazır” Networking Booster tədbiri təşkil edilib. 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Proqram çərçivəsində yaradılmış Azərbaycan-Almaniya Məzunlar Klubunun üzvlərinin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan tərəfindən KOBİA-nın əlaqələndirici olduğu proqramın 60-dan çox məzunu iştirak edib.  

Tədbirdə çıxış edən AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann, Almaniya Səfirliyinin iqtisadiyyat üzrə attaşesi Zübeyde Oyan, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, proqramın baş layihə meneceri Olqa İvçanskiy və digərləri iş prosesinin və marketinq strategiyasının optimallaşdırılmasında, Almaniya ilə yeni işgüzar əlaqələrin qurulmasında proqramın əhəmiyyətini qeyd ediblər. 

Tədbirdə həmçinin, məzunlar fəaliyyət göstərdikləri sahələr üzrə təqdimatlarla çıxış edərək təcrübələrini bölüşüblər. 

Powered by Froala Editor