Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Neftçala və Salyan sahibkarlarına məsləhət xidmətləri göstərilib 20.09.21
Neftçala və Salyan sahibkarlarına məsləhət xidmətləri göstərilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən 16-17 sentyabr tarixlərində bərbərlik, heyvandarlıq, mebel istehsalı və satışı ilə məşğul olan sahibkarlara, eləcə də restoran və meyvə-tərəvəz satışı biznesinə maraq göstərən şəxslərə fərdi məsləhət xidmətləri göstərilib.

Onlayn formatda və yerində təşkil olunmuş məsləhət xidmətləri zamanı Neftçala-Salyan KOBİM-in ekspertləri tərəfindən sahibkarlara və öz biznesini qurmaq istəyən şəxslərə maliyyə resurslarına çıxış, güzəştli kredit şərtləri, banklara müraciət qaydaları, sanitar-epidemioloji qaydaların gözlənilməsi, müştəri məmnuniyyəti, satış imkanlarının genişləndirilməsi, biznesə yeni başlayanlar üçün mövcud imkanlar və s. barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Neftçala, Salyan və ətraf bölgələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes subyektləri və öz biznesini qurmaq istəyən şəxslər sahibkarlıq fəaliyyətinin qurulması və inkişaf etdirilməsi üçün ehtiyacları olan təlim, məsləhət və digər xidmətlər üçün Neftçala-Salyan KOBİM-ə müraciət edə bilərlər. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Ətraflı məlumat üçün: https://neftcala.kobim.az/

Powered by Froala Editor