Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! 07.05.25
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!

KOB-ların neft-qaz sənayesinin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi məqsədilə “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil olunacaqdır.

2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək. 

Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu il də sərgidə KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq. 

Ödənişsiz əsaslarla sözügedən stenddə məhsul və xidmətlərini təqdim etməkdə maraqlı olan KOB-lar mayın 23-dək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər (https://smb.gov.az/az/contact-form/exhibition-form/1). Qeyd edək ki, müraciət formasında “İştirak etmək istədiyiniz tədbir” bölməsində “Caspian Oil and Gas 2025” qeyd olunmalıdır.

Powered by Froala Editor