Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Nağdsız ödənişlərin genişləndirilməsində bizneslərin rolu müzakirə edilib 08.12.21
Nağdsız ödənişlərin genişləndirilməsində bizneslərin rolu müzakirə edilib

Bakıda Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə 5-ci Beynəlxalq Bankçılıq Forumu keçirilir. 

Forum çərçivəsində təşkil olunmuş “Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar” mövzusunda paneldə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bizneslərin rəqəmsallaşması fonunda nağdsız ödənişlərin genişləndirilməsi və bu sahədə Agentliyin dəstək və xidmətləri barədə məlumat verib. Qeyd olunub ki, innovativ texnologiyaların geniş tətbiqi nəticəsində son illər ərzində rəqəmsal transformasiya prosesi daha da sürətlənib. COVİD-19 pandemiyası rəqəmsallaşmanın bizneslərin dayanıqlığının artırılması, rəqabət qabiliyyətinin və satış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini əyani şəkildə göstərdi. İşğaldan azad olunmuş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının reallaşdırılması üçün də cəmiyyətin, eləcə də bizneslərin müvafiq biliklərə malik olması və rəqəmsal potensialın artırılması önəmlidir. 

Agentlik KOB-ların rəqəmsallaşmasını strateji fəaliyyət gündəliyinin əsas istiqamərlərindən biri kimi müəyyən edib. Bu sahədə rəqəmsal mühitin inkişaf etdirilməsi, rəqəmsal biliklərin artırılması və resursların təmin edilməsi istiqamətlərində tədbirlərin həyata keçirildiyini vurğulayan KOBİA sədri KOB-lar üçün Agentlik tərəfindən təmin edilən qrant müsabiqəsi, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırması mexanizmləri, kobmarket.az və video təlim platformaları, eləcə də KOB inkişaf mərkəzləri və KOB evlərinin fəaliyyəti barədə məlumat verib.

Powered by Froala Editor