Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Naftalanda KOB-ların məhsullarından ibarət sərgi-satış yarmarkası keçirilib 26.09.19
Naftalanda KOB-ların məhsullarından ibarət sərgi-satış yarmarkası keçirilib

Sentyabrın 26-da Naftalanda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası təşkil olunub.

Mikro, kiçik və orta sahibkarların məhsul və xidmətlərinin təqdim edilməsi və satış imkanlarının genişləndirilməsi məqsədilə keçirilmiş sərgi-satış yarmarkasında əsasən qadın sahibkarların məhsulları və əl işləri nümayiş olunub. Ümumilikdə sərgi-satış yarmarkasında 30-a yaxın KOB subyektinin 50-dən çox çeşiddə məhsulları sərgilənib.

Qeyd edək ki, sərgi-satış yarmarkası İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə həyata keçirdiyi “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində keçirilən “Azərbaycanda regional inkişaf” mövzusunda tədbir çərçivəsində təşkil edilib.

Powered by Froala Editor