Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Müdafiə sənayesinin inkişafında özəl sektorun roluna dair Azərbaycan-Türkiyə Forumu keçirilib 10.11.20
Müdafiə sənayesinin inkişafında özəl sektorun roluna dair Azərbaycan-Türkiyə Forumu keçirilib

Son dövrlərdə müdafiə sənayesi sahəsinə özəl sektorun artan marağı nəzərə alınaraq noyabrın 10-da “Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu”na dair birinci onlayn Forum keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (SaSaD) dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin və aidiyyəti dövlət qurumlarının, özəl sektor nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirin məqsədi müdafiə sənayesi sahəsində özəl sektorun iştirakına, bu istiqamətdə Azərbaycan və Türkiyə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Onlayn forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forumun Azərbaycan üçün tarixi bir günə təsadüf etdiyini, ölkəmizin qazandığı qələbənin xalqımız tərəfindən böyük sevinclə qarşılandığını qeyd edib. Bildirilib ki, Azərbaycan şirkətləri xüsusilə son dövrlərdə müdafiə sənayesi sektoruna maraq göstərir və özəl sektorun bu sahədə fəaliyyətinə dair Türkiyə təcrübəsindən yararlanmaq əhəmiyyətlidir. KOBİA müdafiə sənayesi sahəsində fəaliyyətə başlamaq istəyən şirkətlərə, xüsusilə də texnologiya və elm tutumlu layihələrin reallaşdırılmasına, habelə şirkətlərin təqdim etdikləri həllərin inkişafını təmin etmək üçün dövlətin dəstək mexanizmlərindən istifadə sahəsində dəstək göstərə, Türkiyədən olan tərəfdaşlarımızla, o cümlədən “Sasad” və “SAHA İstanbul”la hər iki ölkədə birgə təlimlər və təcrübə proqramları təşkil edilə bilər.

Türkiyənin SaSaD təşkilatının icraçı direktoru Hüseyin Baysak və “Saha İstanbul”un nümayəndəsi Murad Çakır Azərbaycanı qələbə münasibətilə təbrik ediblər, çıxışlarında təmsil etdikləri təşkilatların fəaliyyəti barədə məlumat verərək müdafiə sənayesi sahəsində özəl sektorun roluna və bu sahədə təcrübə mübadiləsinə dair fikirlərini bölüşüblər.

Onlayn forum çərçivəsində həmçinin, Azərbaycanın müdafiə sənayesinin uğurlarına, bu sektorda özəl şirkətlərin iştirakına və Türkiyə təcrübəsinə dair panel müzakirələr aparılıb, Azərbaycan və Türkiyə şirkətləri tərəfindən fəaliyyətlərinə dair təqdimatlar keçirilib, müdafiə sənayesinin inkişafında özəl sektorun roluna dair forumun mütəmadi olaraq təşkili barədə razılıq əldə edilib.

Powered by Froala Editor