Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Moldovanın Xarici işlər və Avropaya inteqrasiya naziri KOBİA-da olub 09.02.22
Moldovanın Xarici işlər və Avropaya inteqrasiya naziri KOBİA-da olub

Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub. 

Görüşdə nazir Niku Popesku ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, sahibkarlıq sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını vurğulayıb. Qeyd edib ki, bu məqsədlə Moldova tərəfi iş adamlarının iştirakı ilə qarşılıqlı səfərlərin və tədbirlərin təşkilində maraqlıdır. Eyni zamanda KOBİA ilə Moldovanın müvafiq qurumu arasında əlaqələrin genişləndirilməsi də ölkələrimizin biznes ictimaiyyəti arasında əməkdaşlığın inkişafına öz töhfəsini verə bilər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın  investisiya potensialı, əlverişli biznes mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi, o cümlədən KOBİA tərəfindən təqdim olunan xidmətlər barədə məlumat verib, sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə ölkələrimizin iş adamları arasında əməkdaşlıq perspektivlərinə, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində sahibkarların iştirakı ilə tədbirin təşkili imkanlarına dair fikir mübadiləsi aparılıb. Nazir Niku Papesku KOBİA heyətini və Azərbaycan iş adamlarını Moldovaya səfərə dəvət edib.   

Həmçinin, görüş çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib. 

Powered by Froala Editor