Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Misir şirkəti ilə yerli KOB-lar arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb 16.05.23
Misir şirkəti ilə yerli KOB-lar arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb

KOBİA və Misirin "Elsewedy Electric" şirkəti arasında keçirilmiş görüşdə yerli KOB-ların şirkətin təchizat zəncirində iştirak imkanları müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Misirin "Elsewedy Electric" şirkətinin regional direktoru Amr Zaki ilə görüşüb. 

Görüşdə KOBİA-nın Misirin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığı, hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə Agentlik nümayəndələrinin Misir şirkətləri ilə keçirdiyi görüşlər qeyd edilib, yerli KOB-ların şirkətin təchizat zəncirində iştirak imkanlarına və tərəfdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 


Powered by Froala Editor