Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Mini futbol turnirinə yekun vurulub 08.07.23
Mini futbol turnirinə yekun vurulub

Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə keçirilən mini futbol turnirində KOBİA-nın komandası qalib gəlib. 

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nazirliyin tabeliyində olan və strukturuna daxil olan qurumlar arasında keçirilən mini futbol turniri başa çatıb. 


May ayında start verilmiş turnirdə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların 32 komandası iştirak edib. 


İyulun 8-də keçirilən final görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda KOBİA-nın komandası turnirin qalibi olub (5:1). 2-ci yerin qalibi “Azərlotereya” ASC, 3-cü yerin sahibi isə Dövlət Vergi Xidmətinin komandası olub.


Çempionatda fərqlənən idmançılara və komandalara fəxri fərman və hədiyyələr, turnirin qalibinə isə kubok və pul mükafatı təqdim edilib.

Powered by Froala Editor