Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA “Rusiya-İslam dünyası: Kazan Forumu” çərçivəsində keçirilən dəyirmi masada təmsil olunub KOBİA “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda təmsil olunub KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir Azərbaycanda ilk dəfə süni intellektlə işləyən reklam robotu hazırlanıb KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq “Bakı KOB evi”ndə “Heydər Əliyev - unudulmaz lider” adlı foto-xalça sərgisi keçirilib KOB Model Müəssisəsi istehsal prosesində məhsuldarlığı və səmərəliliyi artırır Ölkə sərhədlərini aşan startaplarımız KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkarlar istənilən KOB evinin xidmətindən yararlana bilərmi?
Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək qaydası təsdiq edilib 01.12.21
Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək qaydası təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. 


Bu sənəd mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satışının genişləndirilməsinə, o cümlədən istehsal edilmiş məhsulların satışı ilə bağlı ticarət fəaliyyətinin təşkilinə çəkilən xərclərin ödənilməsi şərtlərini müəyyən edir. Sözügedən Qaydanın tələblərinə uyğun olaraq, sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlərin görülməsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) tapşırılmışdır.


“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə mikro və kiçik sahibkarlıq subyektləri kateqoriyasına aid edilmiş kommersiya hüquqi şəxslərinin və fərdi sahibkarların dəstək tədbirlərindən istifadə etmək hüququ vardır. 


Agentlik tərəfindən icarəyə götürülmüş və sahibkarların istifadəsinə verilməmiş, habelə sahibkarların istifadəsinə verilmiş satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində, o cümlədən mövcud məlumatlandırma portallarında yerləşdirilir və mütəmadi olaraq yenilənir. 

 

Sahibkarların istehsal etdikləri məhsulların satışının genişləndirilməsinə dəstək ticarət obyektlərində müəyyən sahənin (ticarət rəflərinin, piştaxtaların, stellajların və s.) Agentlik tərəfindən icarəyə götürülməsindən, sahibkarların məhsullarının satışı məqsədilə ticarət obyektlərində müəyyən sahəni icarəyə götürməklə Agentliyin stendinin təşkil edilməsi, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yerlərdə satış-sərgi üçün şərait yaradılmasından ibarətdir.


Sahibkarların istehsal etdikləri məhsulların satış yerlərində yerləşdirilməsi onların müraciəti əsasında həyata keçirilir. Sahibkarın istifadəsinə verilən satış sahəsinin ölçüsü 50 (əlli) sm müəyyən edilir. Sahibkarın istehsal etdiyi məhsulların satış sahəsində yerləşdirilməsi müddəti 3 (üç) aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 20%-i miqdarında, kiçik sahibkarlıq subyekti isə onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 50%-i miqdarında haqqı Agentliyə ödəyir. Agentlik tərəfindən bir təqvim ili ərzində icarəyə götürülən satış yerlərinin sayı 10-dan çox, icarəyə götürülən bir satış yerinə görə illik icarə haqqı isə 20000 (iyirmi min) manatdan artıq ola bilməz.


Mikro və kiçik sahibkarların müraciətləri Qayda ilə müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilir, meyarların daha çoxuna uyğun gələn sahibkarlara üstünlük verilir.


Bununla yanaşı, sözügedən Qaydaya əsasən Agentlik tərəfindən Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə dəstək göstərilir. Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə dəstək ticarət fəaliyyətinin həyata keçirilməsi üçün sahibkar tərəfindən alınan rəsmi sənədlərə ödənilmiş rüsum və xidmət haqlarının bir hissəsinin ödənilməsindən ibarətdir. Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə görə hər bir sahibkara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 (əlli) faizini (1000 (min) manatdan artıq olmamaqla) təşkil edir.


Sözügedən Qayda regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlara paytaxt və ölkənin digər iri şəhərlərinin bazarlarına çıxışına, mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların səviyyəsinin iri ticarət şəbəkələrində tətbiq olunan tələblərə (keyfiyyət, qablaşdırma, dizayn və s.) çatdırılmasına, əhalinin yerli mallara çıxış imkanlarının genişləndirilməsi, ölkəyə idxal olunmuş xarici mallarının yerli istehsal malları ilə əvəz olunmasına şərait yaradacaqdır.


Ətraflı: https://president.az/articles/54466 

Powered by Froala Editor