Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Mikro və kiçik sahibkarların satış imkanları genişlənir 16.07.22
Mikro və kiçik sahibkarların satış imkanları genişlənir

Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışına dəstək məqsədilə tədbirlər davam edir. KOB-ların məhsullarının ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək mexanizmi çərçivəsində “Bolmart” marketdə mikro və kiçik sahibkarların məhsullarının satışına başlanılıb. Burada mikro və kiçik sahibkarın bal və arıçılıq məhsulları, un və un məmulatları, granola qida məhsulu, alkoqolsuz içkilər, alma sirkəsi, quru meyvə, ədviyyatlar və digər məhsulları satılır. KOB-ların iri ticarət şəbəkələrinə çıxışına və satış yerlərinin icarəsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstək göstərilir.


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Bolmart” marketdə müvafiq stenddə məhsulların satışı ilə maraqlanıb. 


Qeyd edək ki, indiyədək KOBİA-ya ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmaq istəyən sahibkarlardan 59 müraciət daxil olub. Mexanizm çərçivəsində Agentlik tərəfindən ticarət şəbəkələrində müvafiq yerlər icarəyə götürülərək burada KOB-ların məhsullarının satışı həyata keçirilir. Digər ticarət şəbəkələri ilə də müvafiq istiqamətdə işlər aparılır, eyni zamanda mexanizmdən yararlanmaq istəyən mikro və kiçik sahibkarlardan müraciətlərin qəbulu davam edir. 

Powered by Froala Editor