Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib
Mikro və kiçik sahibkarların Qida Sənayesi Sərgisində iştirakına dəstək göstərilir 14.05.19
Mikro və kiçik sahibkarların Qida Sənayesi Sərgisində iştirakına dəstək göstərilir

Ölkəmizdə qida sənayesi sahəsində fəaliyyət göstərən startapların, mikro və kiçik sahibkarların 15-17 may tarixlərində Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirakına dəstək göstəriləcəkdir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı və “ZiraatBank Azərbaycan”ın dəstəyi ilə müxtəlif sahələrdə fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri sərgidə öz məhsullarını və bu sahədə göstərdikləri xidmətləri təqdim edəcəklər. Mikro və kiçik sahibkarlar üçün ayrılmış xüsusi stenddə onlar tərəfindən istehsal edilən meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və s. məhsullar nümayiş olunacaq.

Məlumat üçün qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. 2018-ci ildə KOBİA-nın dəstəyi ilə İKT sahəsində startaplar və kiçik sahibkarlıq subyektləri “BakuTel 2018” Sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər. 2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.

Powered by Froala Editor