Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Mikro və kiçik müəssisələrin ehtiyacları yerində müəyyənləşdirilir 28.04.22
Mikro və kiçik müəssisələrin ehtiyacları yerində müəyyənləşdirilir

Mikro və kiçik müəssisələrin fəaliyyəti ilə tanışlıq, sahibkarların ehtiyacı olan dəstəyin yerində müəyyənləşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) istehsal və emal müəssisələrində görüşlərini davam etdirir. 

 

KOBİA-nın nümayəndələri Abşeron rayonunun Məmmədli kəndində yerləşən “Bakı Çörək Evi” MMC-yə məxsus zavodda olub, istehsal prosesi və müəssisənin ehtiyacı olan dəstək, istehsalın və satışın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.  

 

2019-cu ildən fəaliyyət göstərən zavod günlük 23000 - 25000 çörək istehsal etmək gücünə malikdir. Hazırda zavodda istehsal olunan çörəyin Bakı və ətraf kənd və qəsəbələrdə, eləcə də bir sıra regionlarda satışı həyata keçirilir. Müəssisədə 10-dan çox işçi çalışır. İşçilər əsasən Məmmədli və ətraf kəndlərdən olan sakinlərdir. 

Powered by Froala Editor