Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun KOB-ların inkişafı sahəsində münasibətləri tənzimləyir, onlara göstərilən dövlət dəstəyinin forma və metodlarını müəyyən edir 01.02.23
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun KOB-ların inkişafı sahəsində münasibətləri tənzimləyir, onlara göstərilən dövlət dəstəyinin forma və metodlarını müəyyən edir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 dekabr 2022-ci il tarixində “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun təsdiq edilmişdir. 

 

5 fəsildən və 15 maddədən ibarət Qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. 

 

Qanunda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin məqsədləri, prinsipləri, əsas istiqamətləri, dəstək göstərilməsinin şərtləri, formaları, qaydası və qiymətləndirilməsi, eləcə də digər məsələlər öz əksini tapmışdır. 

 

Qanun ilə bir sıra yeniliklər nəzərdə tutulmuşdur. Belə ki, dövlət qurumlarının iştirak etdiyi vahid koordinasiya qrupunun Qanunda əks edilməsi nəticəsində, gələcəkdə KOB subyektlərinin inkişafına, onların problemlərinin dövlət orqanları tərəfindən operativ həllinə nail olunacaqdır. Həmçinin, qanunda KOB subyektlərinin vahid reyestrinin yaradılması da öz əksini tapıb ki, bu, müvafiq sahədə mərkəzləşdirilmiş məlumatlılığın təminatında yenilikdir.

 

Qanunda mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün dövlətin dəstək göstərilməsi sahəsində proqramı, prosedur qaydaları və istisna hallar da qeyd olunur ki, dövlət bu sahədə də pərakəndəliyi aradan qaldırmaqla ümummilli inkişafa nail olunması məqsədini əsas tutur. Qanunda dəstəyin formaları, göstərilmə qaydası, şərtləri, qiymətləndirilməsinin aparılması, növləri qeyd olunur ki, mikro, kiçik və orta sahibkarlıq subyektləri bu qanunla onlara verilən üstünlüklərdən faydalanmış olacaqlar.


https://e-qanun.az/framework/53308

Powered by Froala Editor