Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Mikro, kiçik və orta sahibkarların nəzərinə! 25.06.19
Mikro, kiçik və orta sahibkarların nəzərinə!

İyul-avqust aylarında Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçiriləcək.

Festivalın keçirilməsi üçün Miskinli yaylağının ərazisində yaradılacaq “Yaylaq Yurdu” adlı etnoqəsəbədə Yaylaq bazarı (kənd təsərrüfatı) və Sənətkarlıq güşəsi fəaliyyət göstərəcək.

26-28 iyul tarixlərində isə etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək.

Festivala çoxlu sayda yerli qonaqların və xarici turistlərin gəlməsi gözlənilir.

Milli Yaylaq Festivalı sahibkarların, xüsusilə də sənətkarlıqla məşğul olan mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini təqdim etməsi, yeni əməkdaşlıq əlaqələri qurması üçün yaxşı imkandır.

Festival barədə daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: https://www.facebook.com/myf2019/

Powered by Froala Editor