Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Məşğulluq tutumlu müəssisələrin yaradılması və inkişafı dəstəklənir 05.04.22
Məşğulluq tutumlu müəssisələrin yaradılması və inkişafı dəstəklənir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Birgə İnvest”in təmin etdiyi dövlət dəstəyi ilə yaradılmış “Caspian Textile” müəssisəsi istehsal gücünü və məhsul çeşidini artırır. 

Bakının Qaradağ rayonunda fəaliyyət göstərən müəssisənin yaradılmasına KOBİA və “Birgə İnvest” vasitəsilə maliyyə mənbələrinə çıxış, biznesin planlaşdırılması və təşkili, daxili bazar araşdırmalarının aparılması, biznes planın tərtib edilməsi, işçi heyəti üçün təlimlərin təşkili istiqamətlərində dəstək göstərilib. 

Aprelin 5-də KOBİA-nın nümayəndələri müəssisədə istehsal prosesi ilə tanış olub, gələcək planları və lazımi dəstək barədə fikir mübadiləsi aparıblar.  

Məlumat verilib ki, hazırda müəssisə tərəfindən müxtəlif uniformalar, məktəbli, işçi və s. geyimlər istehsal edilir, işçi dəbilqələri, əlcəklər, ayaqqabılar və respiratorların satışı həyata keçirilir. Müasir avadanlıqlarla təchiz edilmiş müəssisədə tikiş, boya, naxış, model dizayn və konstruktor büroları var. Son bir ildə müəssisədə aylıq istehsal gücü 15 min dəst geyimə çatdırılıb. Yeni tekstil məhsullarının istehsalı və müəssisənin istehsal gücünün aylıq 30 min ədəd geyimə çatdırılması istiqamətində müvafiq işlər görülür. Müəssisədə 60-a yaxın işçi çalışır. Həssas əhali qrupuna aid olan insanların uyğun vəzifələrdə işlə təmin olunmasına diqqət yetirilir. 

Powered by Froala Editor