Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Məkkə Halal Forumu keçiriləcək 30.01.25
Məkkə Halal Forumu keçiriləcək

Hörmətli sahibkarlar, 

25-27 fevral 2025-ci il tarixlərində Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2-ci Məkkə Halal Forumu keçiriləcək. Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gələcəyi tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır. "Halal dayanıqlı inkişaf" mövzusuna həsr olunacaq forum halal qida, dərmanlar, moda, kosmetika və turizm sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunacağı platformadır. İlk dəfə 2024-cü ildə keçirilən və 120 ölkədən 6000 iştirakçının qatıldığı forumda Azərbaycan da fəal iştirak edib.

Məkkə Halal Forumunun imkanları:

Konfrans: Halal bazarına maraq göstərən liderlərin bir araya gəlməsi 

Dəyirmi Masa: "B2B" görüşlər ilə biznes əlaqələri qurmaq 

Sərgi: Halal məhsul və xidmətləri nümayiş etdirmək 

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə forumun sərgi hissəsində Azərbaycan pavilyonu qurulacaq. Bu pavilyon ölkəmizin halal məhsul və xidmətlərini dünya bazarına tanıtmaq üçün geniş imkanlar yaradacaqdır.

Azərbaycan sahibkarları forumda iştiraka və sərgidə məhsullarını təqdim etməyə dəvət olunurlar. Forum barədə ətraflı məlumat və qeydiyyat üçün: (+994 12) 465 76 92 (daxili 117)

sbayramov@ask.org.az, ASK-nın Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri Seymur Bayramov.

 

Powered by Froala Editor