Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir 13.09.24
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

Yarmarkada 50-dən çox mikro və kiçik sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunur. 

Masallı rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOB FEST” sərgi-satış yarmarkası keçirilir. Yarmarkada Masallı, eləcə də ətraf şəhər və rayonlardan 50-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qida və qeyri-qida məhsullarının, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçirilir. “KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram, yaradıcı şəxslərin və sənətkarların master-klassları da təşkil olunub. 

Sərgi-satış yarmarkası sentyabrın 15-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Yarmarkanın açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması və genişləndirilməsi baxımından faydalı olacağını bildiriblər. 

Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə təşkil olunur. Yarmarka həmçinin, KOB subyektlərinin yeni əməkdaşlıqlar qurması, B2B görüşlərin keçirilməsi, sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Masallı rayonundan əvvəl “KOB FEST” Bakı, Göygöl, Şəki və Gəncə şəhərlərində keçirilib və bu yarmarkalarda ümumilikdə 190-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənib, satışı həyata keçirilib. 

Powered by Froala Editor