Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Mart ayında 1200-ə yaxın sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb 19.04.21
Mart ayında 1200-ə yaxın sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb

Bu ilin mart ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri (KOBİM-lər) tərəfindən mikro, kiçik və orta biznes (KOB) subyektləri, startaplar və biznesə başlamaq istəyənlər üçün müxtəlif mövzularda və əsasən onlayn formatda olmaqla 47 təlim təşkil edilib. Vergi, korporativ idarəetmə, rəqəmsal marketinq, satış, maliyyə mənbələrinə çıxış, sığorta, layihələrin və biznes planın hazırlanması və s. istiqamətləri əhatə edən təlimlərdən 1200-ə yaxın sahibkar və biznesə başlamaq istəyənlər yararlanıb. Bunlardan 500-ə yaxını gənclər, 600-ə yaxını isə qadınlardır.


Ötən ay KOBİM-lərin peşəkar ekspertləri tərəfindən 70-ə yaxın sahibkara və biznes assosiasiyalarına müxtəlif istiqamətlər üzrə məsləhət xidmətləri göstərilib.

Ümumilikdə mart ayında KOB subyektləri daha çox biznes planın və layihələrin hazırlanması, büdcə tərtibatı, satış və marketinq üzrə məsləhət və təlim xidmətləri üçün KOBİM-lərə müraciət ediblər.


Mart ayında KOBİM-lərin dəstəyi ilə kino və video çəkiliş studiasının yaradılması, reklam fəaliyyəti, landşaft dizayn xidmətləri, konsaltinq və s. sahələrdə bir sıra yeni sahibkarlıq subyektləri yaradılıb.


KOBİM-lərin xidmətlərindən istifadə etmiş sahibkarlıq subyektləri həmçinin, biznes layihələrinin reallaşdırılması və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün maliyyə resurslarına çıxışla bağlı məlumatlandırılıb, dövlətin güzəştli kreditləri və digər maliyyə dəstəyi mexanizmlərindən yararlanması üçün müvafiq qurumlara yönləndirilib. Eyni zamanda, öz təsərrüfatını qurmaq istəyən potensial sahibkarlar müvafiq texnika və avadanlıqlarla təmin olunması üçün özünüməşğulluq proqramı ilə əlaqələndirilib.


Məlumat üçün bildirək ki, KOBİA-nın hazırda Bakı, Sumqayıt, Xaçmaz, Şəki və Yevlax şəhərlərində 5 KOB inkişaf mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin təcrübəli və peşəkar ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı təlimlər keçirilir, məsləhət xidmətləri göstərilir, beynəlxalq proqramlarda iştiraka, maliyyə resurslarına çıxışa və s. dəstək verilir. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Mikro, kiçik və orta sahibkarlıq subyektləri KOBİM-lər tərəfindən keçirilən təlimlər və mərkəzlərin digər xidmətləri barədə ətraflı məlumatı Agentliyin www.smb.gov.az və KOBİM-lərin www.kobim.az saytlarından əldə edə bilərlər. 

Powered by Froala Editor