Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
"Marketinqin əsasları və satışın təşkili" və "Müştəri məmnuniyyəti" təlimlərində iştirak edin 22.02.23
"Marketinqin əsasları və satışın təşkili" və "Müştəri məmnuniyyəti" təlimlərində iştirak edin

Fevralın 23-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Marketinqin əsasları və satışın təşkili" mövzusunda maarifləndirici təlim keçiriləcək. Saat 14:00-da təşkil olunacaq təlimdə Bakı KOBİM-in eksperti Namiq Bayramov marketinq nədir, marketinq miks, brend, marketinqin kommunikasiya əməliyyatları, satış və onun təşkili prosesi, “B2C”, “B2B” və “B2G” satışın təşkili mövzularında məlumat verəcək. 

 

Fevralın 24-də təlimçi-eksperti Səfər Aslanov tərəfindən keçiriləcək təlim isə "Müştəri məmnuniyyəti" mövzusuna həsr olunacaq. Saat 10.00-da keçiriləcək maarifləndirici təlimdə müştəri məmnuniyyətinin biznesdə əhəmiyyəti, xidmət səviyyəsi, Kano modeli və s. barədə məlumat veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.  

 

Hər iki təlim də “Bakı KOB evi”ndə keçiriləcəkdir.Təlimlərdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.






Powered by Froala Editor