Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçiriləcək 05.09.19
“Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə sentyabrın 12-də “Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçiriləcək. Tədbir çərçivəsində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM ) tərəfindən mövzu üzrə təqdimat keçiriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaqdır.

Təlimdə iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Maliyyə hesabatları və təhlili” təlimi yazmaqla Agentliyin training@smb.gov.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Təlimdə iştirak ödənişsizdir.

Tədbirin keçirilmə tarixi və saatı: 12 sentyabr 2019-cu il, saat 11:00 – 13:00

Ünvan: Atatürk prospekti,134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Urfan Nəbiyev

Tel: (+99412) 404-04-01

Powered by Froala Editor