Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
“Made in Uzbekistan” onlayn biznes forumu keçiriləcək 21.08.20
“Made in Uzbekistan” onlayn biznes forumu keçiriləcək


Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyinin nəzdində İxracın Təşviqi Agentliyi, "Uztekstilprom" tekstil və tikiş-trikotaj Sənayesi Assosiasiyası, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı, “Caspian Event Organisers”in (CEO) təşkilati dəstəyi ilə "Made in Uzbekistan Textile" onlayn forumu keçiriləcək.

25-27 avqust tarixlərində baş tutacaq onlayn forum tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı, ticarət və biznes əlaqələrinin genişləndirilməsi məqsədilə təşkil olunub.

Forum çərçivəsində keçiriləcək onlayn görüşlərdə Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab, bez parça, bint (tənzif), tibbi geyim və maskalar, aksesuarlar, boyalar, parça boyama xidmətləri və digər məhsul və xidmətlər təqdim edən 27 şirkətin iştirakı nəzərdə tutulur. Onlayn tədbirə qatılacaq özbək istehsalçılarının tam siyahısı ilə linkdən tanış ola bilərsiniz: https://b2b-uz-textile.ceo.az/welcome-az

Onlayn forumda iştirak etmək istəyən Azərbaycanın sahibkarlıq subyektləri bu linkə https://b2b-uz-textile.ceo.az/register-as-importer-az daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

Powered by Froala Editor