Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Macarıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib 18.09.19
Macarıstanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə Azərbaycanda və Macarıstanda biznes və investisiya mühitinə, sahibkarlığın, o cümlədən mikro, kiçik və orta biznesin inkişafına, bu sahədə həyata keçirilən tədbirlərə və dəstək mexanizmlərinə, KOB sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb. Agentliyin KOB sahəsində ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsində, Macarıstanın bu sahədə müvafiq qurumları ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

Görüşdə həmçinin, bu ilin oktyabrında Bakıda keçiriləcək və Macarıstandan da nümayəndə heyətinin təmsil olunacağı Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Toplantısı çərçivəsində təşkil ediləcək biznes forumda Macarıstanın biznes nümayəndə heyətinin iştirakı, işgüzar dairələr arasında görüşlərin keçirilməsi məsələləri müzakirə olunub.

Powered by Froala Editor