Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Liviyanın yüksəksəviyyəli rəsmiləri “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar 26.11.25
Liviyanın yüksəksəviyyəli rəsmiləri “Bakı KOB evi”nin fəaliyyəti ilə  tanış olublar

Liviya baş nazirinin müşaviri Abdusalam Məhəmmədin rəhbərlik etdiyi heyət “Bakı KOB evi”ndə olub.

KOB evi ilə tanışlıq çərçivəsində Liviya nümayəndə heyətinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən məlumat verilib ki, vahid məkanda sahibkarlara xidmət mərkəzi olan KOB evlərində biznesin planlaşdırılmasından başlayaraq sahibkarlığa başlanılması və inkişafı üzrə dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər göstərilir. Hazırda ölkə üzrə 4 KOB evi və bir xidmət mərkəzi sahibkarların istifadəsindədir. KOB evlərində sahibkarlara 50-dən çox dövlət və özəl qurum tərəfindən 400-ə yaxın “G2B” və “B2B” xidmətlər göstərilir. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi, cari ildə isə Avropa İttifaqının dəstəyi ilə hazırlanmış Azərbaycan üzrə Biznes Mühiti Hesabatında KOB evlərinin fəaliyyəti sahibkarlara xidmət sahəsində yaxşı təcrübələrdən biri kimi qiymətləndirilib. 

Liviya nümayəndə heyətinin KOB evlərinin fəaliyyətinə dair sualları cavablandırılıb. 

 

Powered by Froala Editor