Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Litva Sənayeçilər Konfederasiyası ilə görüş keçirilib 23.05.23
Litva Sənayeçilər Konfederasiyası ilə görüş keçirilib

Litva-Azərbaycan biznes forumu çərçivəsində təşkil olunmuş Litva Sənayeçilər Konfederasiyası ilə görüşdə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, KOB-ların iştirakı ilə birgə tədbirlərin təşkili müzakirə edilib. 

Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Litva Sənayeçilər Konfederasiyasının prezidenti Vidmantas Janulevicius ilə görüşüb. 

Görüşdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi  Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Litvanın İnnovasiyalar Agentliyinin və “LitFood”un nümayəndələri də iştirak ediblər.  

Tərəflər hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi sahəsində birgə təşəbbüslər, KOB-ların iştirakı ilə tədbirlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar. 

Powered by Froala Editor