Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans keçiriləcək 29.03.21
“Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans keçiriləcək

Martın 30-da, saat 11:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə kiçik və orta biznes (KOB) subyektləri üçün “Listinqlə bağlı yeniliklər və fond birjasında listinqin üstünlükləri” mövzusunda videokonfrans keçiriləcək.

Tədbirin təşkilində məqsəd sahibkarlara kapital bazarından maliyyələşmənin və fond birjasında listinqin üstünlükləri barədə məlumatın verilməsi, KOB-ların fond birjası vasitəsi ilə qiymətli kağız buraxılışının təşviq edilməsi, o cümlədən listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır. Videokonfransda Mərkəzi Bankın, Bakı Fond Birjasının və investisiya şirkətlərinin ekspertləri tərəfindən kapital bazarı haqqında ümumi məlumat veriləcək, eyni zamanda kapital bazarından maliyyə cəlb edilməsinin üsulları, 2020-ci ildə listinqin stimullaşdırılması üçün həyata keçirilmiş tədbirlər, listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlər, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər haqqında təqdimat formatında məlumat veriləcək.

Sahibkarlıq subyektlərinin videokonfransla bağlı sualları olarsa info@bse.az elektron poçt ünvanı və ya (012) 498 98 20 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Powered by Froala Editor