Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Lənkəranda ilk dəfə lavanda bitkisi əkilib 13.04.21
Lənkəranda ilk dəfə lavanda bitkisi əkilib

Kosmetika və əczaçılıq sənayesi üçün qiymətli xammal olan lavanda bitkisinin anqustifolia növü artıq iki ildir Azərbaycanda Qəbələ rayonunun Çuxur Qəbələ kəndində fəaliyyət göstərən yerli fermer təsərrüfatında becərilir.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari təsərrüfat ilində Lənkəran rayonunun İstisu qəsəbəsindəki “Yaşıl çay” fermer təsərrüfatında yerli qara çayın lavanda bitkisi ilə fermentləşdirilmiş qarışığından dadlı və ətirli çay növü alınaraq uğurla sınaqdan keçirilib və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

 

Bitkinin faydalılığı nəzərə alınaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vasitəçiliyi ilə “Yaşıl çay” fermer təsərrüfatı ilə Çuxur Qəbələ kəndindəki fermer təsərrüfatı arasında əməkdaşlıq müqaviləsi bağlanaraq, təsərrüfatda 0,50 hektar sahədə lavandanın anqustifolia növünün sınaq əkini həyata keçirilib.

 

Sınaq əkininin nəticələrindən asılı olaraq eko-aqro turizmin inkişafı və qarışıq çay növlərinin çeşidinin artırılması məqsədilə yaxın gələcəkdə təsərrüfatda 10 hektardan ibarət lavanda plantasiyasının salınması nəzərdə tutulub.

 

https://azertag.az/xeber/1753781

Powered by Froala Editor