Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Kürdəmirdə "KOB Dostu" fəaliyyətə başlayıb 27.01.20
Kürdəmirdə "KOB Dostu" fəaliyyətə başlayıb

Yanvarın 27-də Kürdəmir rayonunda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" fəaliyyətə başlayıb. Bununla da, ölkə üzrə KOB dostlarının saytı 21-ə çatıb.

Bununla əlaqədar, KOBİA-nın, yerli icra hakimiyyətinin və sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, eləcə də "KOB Dostu"nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verib, sahibkarları "KOB Dostu" ilə fəal əməkdaşlığa dəvət edib. Bildirilib ki, 2020-ci ildə də "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək və ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostları fəaliyyətə başlayacaqdır.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə məlumat verib, "KOB Dostu"nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.

Tədbirdə həmçinin, "KOB Dostu" mexanizminə, daxili bazar araşdırmalarına dair video çarxlar nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.

Sonra tədbir iştirakçıları "KOB Dostu"nun Heydər Əliyev Mərkəzində yerləşən ofisi ilə tanış olublar. Burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Digər "KOB Dostu" ofislərində olduğu kimi, Kürdəmir rayonundakı ofisdə də "KOB könüllüləri" fəaliyyət göstərəcəkdir.

Tədbir çərçivəsində sahibkarların problemlərinin və təkliflərinin öyrənilməsi məqsədilə sorğu da keçirilib.

Powered by Froala Editor