Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Koronavirusun turizm sektoruna təsirinin öyrənilməsinə dair müzakirələr aparılıb 27.03.20
Koronavirusun turizm sektoruna təsirinin öyrənilməsinə dair müzakirələr aparılıb

Koronavirus (COVID-19) pandemiyasının turizm sektoruna təsirlərinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Vergilər Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Turizm agentliklərinin, Dövlət Məşğulluq Xidmətinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında keçirilmiş müzakirələrdə turizmin də koronavirus pandemiyasınının neqativ təsirlərinə məruz qalan sahələrdən olduğu, o cümlədən daxili və xarici turist axınının azalması, əvvəlcədən sifariş verilmiş turların və otel sifarişlərinin ləğv olunması və digər müxtəlif tədbirlərin təxirə salınması səbəbindən sahibkarların itkilərlə üzləşdiyi qeyd edilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, təkliflər dinlənilib.

Sahibkarlara koronavirus infeksiyasının özəl sektora, o cümlədən turizmə təsirinin minimuma endirilməsi üçün görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib və müvafiq təkliflərin hazırlandığı bildirilib.

Sahibkarlarla müzakirələr aparılıb, özəl sektorun hazırkı şəraitdə sosial məsuliyyətinın daha da artırılmasının vacibliyi vurğulanıb, bu baxımdan sahibkarlara işdən azad edilməyə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirmək tövsiyə olunub.

Powered by Froala Editor