Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Konsaltinq xidmətləri göstərən şirkətlərin nəzərinə ! 24.07.19
Konsaltinq xidmətləri göstərən şirkətlərin nəzərinə !

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi konsaltinq xidmətləri göstərən şirkətlər üçün 31 iyul və 2 avqust 2019-cu il tarixlərində “E-satınalma modelinin tətbiqi” mövzusunda təlimlər keçirəcək.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Elektron Hökumətin İnkişafı Mərkəzi ilə birgə təşkil olunacaq təlimlərdə e-satınalma ilə bağlı prosedurlar, www.etender.gov.az internet portalı və ondan istifadə barədə konsaltinq şirkətləri məlumatlandırılacaqdır.

Təlimlərdə iştirak etmək istəyən konsaltinq şirkətlərindən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu) qeyd edərək training@smb.gov.az email ünvanına göndərmələri xahiş olunur.

Təlimin tarixi: 31 iyul və 2 avqust

Təlim saatı: 15:00

Ünvan: Atatürk prospekti,134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Urfan Nəbiyev

Tel: (+99412) 404-04-01

E-poçt: training@smb.gov.az

Powered by Froala Editor